Vaqif Cavadov məşqçi karyerasını “Sumqayıt” futbol klubunda davam etdirəcək. Sumqayıt24 bu haqda 5 iyul tarixində Sportinfo.az-a istinadən xəbər verir.
O, qışda Qazaxıstan təmsilçisi “Turan”a baş məşqçi Vladimir Qazzayevə köməkçi-məşqçi təyin olunmuşdur. Lakin, Qazzayevin gedişindən sonra orada qalmaq istəməyən Cavadov Azərbaycana qayıdıb.
Çox keçmədən o, “Sumqayıt”ın U-19 komandası ilə razılaşıb və artıq yeni işinin icrasına başlayıb.
Qeyd edək ki, baş məşqçinin köməkçisi, futbolçu karyerası o qədər də uğurlu alınmayan Tural Rzayevdir.