“Sumqayıt-2” Vaqif Cavadovun rəhbərliyi altında ilk oyuna çıxıb. Sumqayıt24 bu haqda 26 aprel tarixində xəbər verir.
I Divizionda 26-cı turun oyunları keçirilib. "Kapital Bank Arena"nın ehtiyat meydançasında klubumuz "Zaqatala"nı qəbul edib. Matç “Sumqayıt-2”nin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qolları İbrahim Qədirzadə və Cəlal Cəbrayılov vurublar. [modula id="35277"]