Velosiped üzrə 2008-ci il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Milli Qurtuluş Gününə həsr olunan yarış iyunun 18-də saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Turnir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunacaq.