Voleybol üzrə qızlar arasında Sumqayıt birinciliyi yekunlaşıb. Bu haqda bu gün, 14 mart tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
“Uşaq Hüquqlarının qorunması”na həsr edilmiş yarış 27 nömrəli tam orta məktəbin idman zalında keçirilib. Birincilik 2005-2006-cı il təvəllüdlü qızlar arasında baş tutub.
Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt 1 nömrəli İOEUGİŞM-un komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 21 nömrəli məktəbin komandası 2-ci, 27 nömrəli məktəbin komandası isə 3-cü yerə layiq görülüblər.
Qalib və mükafatçılar Fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.