16 yaşadək voleybolçu qızların birinciliyinin pley-off mərhələsinin qarşılaşmaları açıqlanıb. Bu haqda 13 mart tarixində Sumqayıt24 Voleybol Federasiyasına istinadən məlumat verir.
“Sumqayıt” klubu 1/4 finalda “AZERRAIL-2” komandası ilə üz-üzə gələcək. Oyun martın 16-da saat 11:30-da Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.