“Vüqar Həşimov Memorialı-2022”-də blits yarışlarına start verilib. Bu haqda 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
VIII beynəlxalq şahmat turnirində daha 9 tur oynanılıb. Rapid və blits yarışlarının yekunlarına əsasən, sumqayıtlı Şəhriyar Məmmədyarov 15 xalla 3-cü pillədədir.
Qeyd edək ki, bugün memorialda daha 9 raund baş tutacaq. Qalib rapid və blitsin nəticələrinə görə müəyyənləşəcək.