“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarmaq fikrinə düşüb.
Sportinfo.az-ın məlumatına görə, Vaqif Cavadovla 2,5 illik müqavilə imzalayan “kimyaçılar” Vüsal İsgəndərlinin xidmətində maraqlıdır. “Gənclik şəhəri” təmsilçisi bu məqsədlə “Boluspor”a müraciət edib.
“Sumqayıt” 2024-cü ilin əvvəlindən Türkiyənin I Liqa klubunda forma geyinən yarımmüdafiəçini icarəyə götürməyə hazırdır. Çünki 29 yaşlı vinger xeyli müddətdir burada əsas heyətə düşmür.
Millimizin sabiq üzvünün “Boluspor”la müqavilə müddəti 2026-cı ilin yayında bitəcək.