Sumqayıtda “Gimnastika hamı üçün” adlı tədbir təşkil ediləcək. Sumqayıt24 bu haqda 14 iyul tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Tədbir 1 nömrəli İOEUGİŞM-də (5-ci mikrorayon, Gənclər Evinin yanı) keçiriləcək. Burada müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim ediləcək. Hər kəs, yaşından asıllı olmayaraq gimnastika mütəxəssislərinin rəhbərliyi altında keçiriləcək proqrama qoşula, isinmə, gimnastika və rəqs hərəkətlərini yerinə yetirə bilər. Həmçinin fləş-moba qatılmaq imkanı olacaq. Giriş sərbəstdir.
Tarix: 17 iyul;
Vaxt: 09:00-11:00.