Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsi başa çatıb. Sumqayıt24 bu haqda 9 iyul tarixində “Sumqayıt” FK-nın səhifəsinə istinadən xəbər verir.
Bu münasibətlə "Kapital Bank Arena"nın konfrans zalında mərasim baş tutub. Burada "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Müşahidə Şurasının üzvləri - sədr Abdulla Məmmədov, Telman Salahov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz, “Kapital Bank” və “Paşa Həyat Sığorta” ASC-nin nümayəndələri iştirak ediblər.
Bütün iştirakçılara "Sumqayıt"ın idman geyimləri, sponsorların ayırdığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib. [modula id="18149"]