Sumqayıt şəhəri 4 nömrəli məktəbin şagirdi cüdo idman növü üzrə keçirilmiş yarışın qalibi olub. Sumqayıt24 bu haqda bu gün, 11 aprel tarixində məktəbin Facebook səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, 7a sinif şagirdi Yusif Abdallı “Ceyranbatan İdman Klubu”nun şəhidlərin xatirəsinə həsr etdiyi açıq birincilikdə mübarizə aparıb. Nəticədə bütün rəqiblərinə qalib gələn Yusif qızıl medalın sahibi olub.