Sumqayıtda 15 yaşadək yeniyetmə cüdoçular arasında birincilik keçiriləcək. Sumqayıt24 bu haqda Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Yarış Gənclər və İdman Nazirliyinin və adıçəkilən federasiyanın təşkilatçılığı ilə, 6-7 aprel tarixlərində baş tutacaq. Burada 2008-2010-cu il təvəllüdlü idmançılar bir-biri ilə mübarizə aparacaq.
Qeyd edək ki, birincilik Azərbaycanın 8 bölgəsində təşkil olunacaq. Mükafatçılar 6-8 may tarixlərində Bakıda keçiriləcək ölkə turnirinə vəsiqə qazanacaq.