Sumqayıtda Xocalı soyqırımına həsr olunmuş güləş yarışı keçirilib. Bu haqda Facebook sosial şəbəkəsinə istinadən xəbər veririk.
Birinciliyə 2005-2006 və 2007-2009-cu il təvəllüdlü idmançılardan ibarət 5 komanda qatılıb, ümumilukdə isə İdmançıların sayı 123 nəfər təşkil edib.
Nəticədə “Təhsil” RİM-nin Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-i hər iki yaş qrupunun qalibi olub .
Qalib və mükafatçılar məktəb rəhbərliyi tərəfindən təltif olunub.