Boks üzrə Sumqayıt şəhər birinciliyinə yekun vurulub. Sumqayıt24 bu haqda Olimpiya İdman Kompleksinin sosial şəbəkə hesabına istinadən yazır.
Yarış 13-14 yaşlı idmançılar arasında baş tutub. Məlumata görə, Olimpiya İdman Kompleksinin 2 boksçusu mükafatlandırılıb. Belə ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Əsgər Nəbiyev gümüş, 44 kq çəki dərəcəsində döyüşən Elmir Əliyev isə bürünc medal əldə edib.