Sumqayıtlı yeniyetmə cüdo üzrə birinciliyin çempionu olub. Sumqayıt24 bu haqda onun təhsil aldığı 35 nömrəli məktəbin sosial şəbəkə hesabına istinadən yazır.
Məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 7-ci sinif şagirdi İsmayıl Nağızadə açıq birincilikdə 1-ci yer tutub. Qələbə münasibətilə o, medal və diplomla təltif olunub.