“Sumqayıt” klubunun “Zirə”nin futboçusu İlkin Muradovla maraqlanması haqda məlumat yayılıb. Sumqayıt24 bu barədə 24 avqust tarixində Rekord.az-a istinadən xəbər verir.
“Kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov açıqlama verib: "Gələcəkdə bəlkə də nələrsə ola bilər. Amma hazırkı dönəmdə həmin mövqedə bizim kifayət qədər futbolçumuz var. Buna görə də İlkin Muradovun adı, ümumiyyətlə, bizim transfer siyahımızda yoxdur".
Qeyd edək ki, futbolçu Rəşad Sadıqovun istəyi ilə “Zirə”nin əsas heyətindən kənarlaşdırılıb və transferə çıxarılıb.