top
Avtobus sürücüsü tələbə qızı oğurladı
27 aprel 2023, 06:16
- ↺ +

Avtobus sürücüsü tələbə qızı oğurladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsini oğurlayan şəxsə hökm oxunub. Bu haqda 27 aprel tarixində Sumqayıt24 News24.az-a istinadən xəbər verir.

Hadisə Şamaxı rayonunda baş verib. Mərzəndiyə kəndinin 29 yaşlı sakini Samir Yaqubov Şamaxı-Bakı-Sumqayıt marşrutu ilə idarə etdiyi avtobusda sərnişin olan qızı qaçıraraq Quba rayonuna aparıb. Həmin gün o, marşruta başqa sərnişin götürməyib və yolda avtobusu Quba istiqamətinə sürərək qızı oğurlayıb. 1 sutka ərzində gənc qızı avtobusda saxlayan 29 yaşlı Samir daha sonra polislər tərəfindən tutulub. Universitet tələbəsi olan qız isə ailəsinə qaytarılıb.

Hadisədən sonra Samir barəsində Cinayət Məcəlləsinin “Adam oğurluğu” maddəsi ilə iş açılıb və o həbs edilib. Cinayət işinin materialları daha sonra Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilib. Oğurlanan 20 yaşlı Gülşən Təhməzova (ad və soyad şərtidir) Samirin onu evlənmək üçün qaçırdığını, əgər ona razılıq verməsə, avtobusu aşıracağı ilə təhdid etdiyini bildirib: “Mən Sumqayıt Dövlət Universitetinin tələbəsiyəm, Sumqayıtda kirayə evdə qalıram, həftəsonu isə Şamaxıya qayıdıram. Məni Sumqayıta babam aparıb-gətirir. O olmayanda isə avtobusla gedib-gəlirəm. Hadisə baş verən günü, yəni 2022-ci ilin oktyabrın 30-u babam zəng edib avtobusda yer saxlatdırdı, mən də avtovağzala gedib sürücünün göstərdiyi yerdə əyləşdim. Avtobusda başqa sərnişinlərin olmamasından şübhələnmədim. Bir nəfər şəxs əlində sellofan gətirib sürücüyə verdi, o da həmin sellofanı maşının arxasına qoydu, sonra telefonla kiməsə zəng edib: “hazır olun, gəlib götürəcəm sizi”,- dedi. Yola çıxanda mən telefonla zəng edib babama xəbər vermək istəyərkən Samir gəlib, telefonu əlimdən alıb sındırdı. Qapının açıq olduğunu görüb, oradan qaçmaq istədim, lakin qolumdan və saçımdan tutaraq oturacağa əyləşdirdi. Niyə belə etdiyini soruşanda təhqir edib oturacaqda əyləşməyimi tələb etdi. Maşını sürməyə davam edəndə yolda olan işarələrdən Şamaxıya yox, Qubaya getdiyimizi bildim. Samirə nişanlı olduğumu, məni geri qaytarmasını dedim. Samir isə məni sevdiyini, ailə qurmaq istədiyini, ona “hə” deməyəcəyim təqdirdə maşını aşıracağını bildirdi. Biz bir gün avtobusda qaldıq. Ondan şikayətçiyəm və barışmamışam”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda tələbə qızı oğurlayan avtobus sürücüsünə 6 il müddətinə həbs cəzası təyin edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Oxşar xəbərlər