Bakı-Sumqayıt yolunda narkotacirə qarşı əməliyyat keçirilib. Sumqayıt24 bu haqda 21 aprel tarixində Trend.az-a istinadən xəbər verir.
Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Riyad” Ticarət Mərkəzinin yaxınlığında Mehdi Əliyev saxlanılıb. İdarənin binasında onun üzərinə baxış keçirilib. Əynindəki qısaqol gödəkçənin cibindən sellofan bükümdə çəkisi 14,463 qram kustar üsulla hazırlanmış heroin tapılıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev 4 ay müddətinə həbs edilib. İstintaq aparılır.