Sumqayıtda narkotik alverçisi tutulub. Sumqayıt24 bu haqda 8 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən saxlanılan Laçın rayon sakini Rəşad Hüseynovun üzərində 6 ədəd yüksək təsiredici xassəyə malik həb, yaşadığı mənzildə isə 251 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb.
Araşdırma aparılır.