Sumqayıtda mənzillərin birindən 6200 manat oğurlanıb. Sumqayıt24 bu barədə 17 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Sumqayıt sakini A. Məmmədzadə saxlanılıb.
Araşdırma aparılır.