Novxanıda əri tərəfindən öldürülən Türkan Gündüzün meyitinin fotoları yayılıb. Sumqayıt24 bu haqda 9 may tarixində Lent.az-a istinadən xəbər verir.
Görüntülərdə tanınmış plastik cərrahın barmağında qanda oksigenin miqdarını ölçən, ürək nəbzini göstərən saturasiya aparatını görmək olar.
Qeyd edək ki, hadisə mayın 7-nə keçən gecə bağ evində baş verib. Türkan Gündüz bıçaqlanaraq qətlə yetirilib. Əməli törətməkdə şübhəli bilinən əri, Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.