top
Psixiatriya Xəstəxanasından 46 min manatlıq oğurluq edən Sumqayıt sakinləri tutulublar
26 may 2023, 00:58
- +

Psixiatriya Xəstəxanasından 46 min manatlıq oğurluq edən Sumqayıt sakinləri tutulublar

Sumqayıtda Psixiatriya Xəstəxanasından 46 min manatlıq oğurluq edən şəxslər həbs olunublar. Bu haqda 26 may tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

ŞPİ-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov saxlanılıblar. Onlar xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.

Tibb müəssisəsindən oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin “oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə” maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.

Məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa, Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ), "102" Xidməti Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Bu gün, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Bu gün, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Bu gün, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Bu gün, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər