Sumqayıt sakini İ. Nəcəfovun içərisində sənədləri və açarları olan pulqabısı oğurlanıb. Sumqayıt24 bu haqda 3 mart tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Pulqabını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F. Abbasov saxlanılıb.
Araşdırma aparılır.