Sumqayıt sakini V. Əhmədov oğurluqda şübhəli bilinir. Sumqayıt24 bu haqda 1 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
O, ayrı-ayrı şəxslərə məxsus 2 evdən və 1 həyətdən televizor, noutbuk, 30 ədəd radiator, samovar, geyim və digər məişət əşyalarının oğurluğuna görə Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, V. Əhmədov əvvəllər də müxtəlif cinayətlərə görə məhkum həyatı yaşayıb.