Sumqayıt sakininin bank hesabından pul oğurlanıb. Bu haqda 19 aprel tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakininin bank hesabından 2.890 manatını oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Sübhan Abbasov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.