Sumqayıt sakinləri kibercinayət əməlində şübhəli bilinirlər. Bu haqda 16 iyun tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt sakinləri - S.Məmmədov və əvvəllər məhkum olunmuş S.Məmmədzadə müəyyən olunaraq saxlanılıblar. Onlar şəhər sakininin “M10” hesabından 4.890 manat oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.