Sumqayıtda avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 21 aprel tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
ŞPİ 2-ci Polis Bölməsi əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə şəhər ərazisində “Mitsubishi” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini F.Pənahov müəyyən olunaraq saxlanılıb. O, əvvəllər məhkum olunmuşdur.
Faktla bağlı araşdırma aparılır.