Rabitə naqilini oğurlayaraq satan şəxs saxlanılıb. Sumqayıt24 bu barədə 26 aprel tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyində baş verib. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən tutulan şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Rahim Vəliyevdir.
Faktla bağlı cinayət işi başlanılıb.