Sumqayıtda evlərin birindən oğurluq edilib. Sumqayıt24 bu haqda 28 aprel tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Evdən 3 ədəd plastik pəncərə, dəmir lövhə, dəmir qapı və inşaat materialları oğurlanıb. 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən şübhəli şəxslər qismində Sumqayıt sakinləri: T. Rüstəmov, əvvəllər məhkum olunmuş S. Qurbanov və Abşeron rayon sakini, keçmiş məhkum C. Quliyev saxlanılıblar.
Araşdırma aparılır.