Bakı sakini Sumqayıtda oğurluğa məruz qalıb. Sumqayıt24 bu haqda 26 aprel tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə aprelin 19-da 40-cı məhəllədə baş verib. Paytaxt sakininin bank hesabından 14.850 manat pul oğurlanıb. 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən əməldə şübhəli bilinən şəhər sakini İ. Həsənzadə tutulub.
Araşdırma aparılır.