Qəbiristanlıqdan metal barmaqlıqlar oğurlanıb. Sumqayıt24 bu haqda 21 aprel tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş T. Balaqardaşov tutulub.
Araşdırmalarla onun bir evdən məişət əşyaları oğurlaması da müəyyən olunub.