Sumqayıtda 3-cü sinif şagirdləri üçün açıq dərs baş tutub. Sumqayıt24 bu barədə 5 dekabr tarixində “Mədəiyyət Xəbərləri”nə istinadən məlumat verir.
Dərs Ə.Bakixanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutub. Xalq Çalğı Alətləri şöbəsi solfecio fənni üzrə müəllim Lalə Yusifovanın sinfində ladlar, 3 səsli dönmələri və fortepianoda solfecio nömrələri şagirdlər tərəfindən dirijorluq edilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.