Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə Sülh prospektində baş verib.
Belə ki, hərəkətdə olan 6 avtomobil toqquşub və qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdrıma aparılır.
Mənbə: Report.az