Sumqayıt şəhərinin 10-cu mikrorayonunda olan quru ağaclar sakinlərin narahatlığına səbəb olur. Bu problemlə onlar Sumqayıt24-ə müraciət ediblər.
Məlumata əsasən, 42-ci binanın 4-cü girişinin önündə olan bu ağac təhlükə mənbəyidir. Sakinlərin sözlərinə görə, bir neçə heftə öncə güclü külək zamanı qurumuş budaqlar sınıb.
“Hər dəfə külək əsəndə, bizim də ürəyimiz əsir. Binanın önündən keçməyə qorxuruq ki, budaq sınıb başımıza uçar”, - deyə sakin söyləyib. [modula id="9626"]