“SOCAR Polymer”in rəhbərliyi Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt bölməsinin ahıllarını bayram sovqatları ilə sevindirib. Sumqayıt24 bu haqda 21 aprel tarixində xəbər verir.
Tədbirdə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin kicik mütəxəssisi Aygün Musayeva iştirak edib. Bölmə sədri Mətanət Məhərrəmova diqqət və qayğıya görə onlara təşəkkürlərini bildirib. Aygün Musayeva isə ahılları bayram münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb. “Aypara Günü” ilə bağlı şəhər bölməsinin hazırladığı birgə aktiv əməkdaşlığa görə Fəxri Fərman Aygün Musayevaya təqdim olunub.
Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar 100 ahıla sovqatlar paylanılıb, yataq xəstələrinin isə evlərinə çatdırılıb.