Sumqayıtda 11 gün əvvəl maşın vuran şəxs bu gün dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada 46 yaşlı Məzahir Dünyamalıyevi maşın vurub.
Yaralı müalicə aldığı xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, bu gün ölüb.
Fakt araşdırılır.