Sumqayıtda fəaliyyət göstərən tədris ocağı direktorsuz qalıb.
Sumqayit24.az xəbər verir ki, bir müddət əvvəl Sumqayıt şəhər 11 nömrəli məktəbin direktoru Adilə Süleymanova tutduğu vəzifədən azad edilib. Hazırda bu vəzifə müvəqqəti olaraq məktəbin tədris işçiləri üzrə direktor müavini Şəhla Bağırovaya həvalə olunub.