top
14 yaşlı oğlanı zorlayan iki dosta Sumqayıt məhkəməsindən AĞIR CƏZA
30 yanvar 2025, 05:36
- ↺ +

14 yaşlı oğlanı zorlayan iki dosta Sumqayıt məhkəməsindən AĞIR CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada yetkinlik yaşına çatmayan oğlan iki dost tərəfindən zorlanıb.

Shimal.News-un məlumatına görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Novruz Nəcəfov (ad şərtidir) 2009-cu ildə Quba şəhərində anadan olub. O, tanışı, təqsirləndirilən Əli Vəliyev (ad şərtidir) ilə əlbir olub, 14 yaşına çatmayan Nicat Qafarovu (ad şərtidir) Qudyalçay çayının sağ sahilində yerləşən “bulaq” adlanan əraziyə aparıb. Orada oğlanın razılığı olmadan, zor tətbiq edərək məcburi cinsi münasibətdə olublar.

Novruz Nəcəfov və Əli Vəliyev Azərbaycan Respublikası CM-nin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Novruz Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib:

“Hadisə günü Əlinin yaşadığı evin qarşısına getdim. Çünki onunla oyun zalına gedib vaxt keçirməyi planlaşdırmışdıq. Bu zaman Nicat da çayın kənarında idi. Biz gedəndə o, arxamızca gəldi. Geriyə qayıdıb “arxamızca gəlmə” deyəndə nalayiq ifadələr işlətməyə başladı. İşlətdiyi sözlərə görə mən təpik, Əli də başından sillə vurdu. Sonra oyun zalına getdik. Nicatın dediklərinin hamısı yalandır”.

Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən Əli Vəliyev ifadə verərək özünü təqsirli bilməyib:

“Hadisə günü günorta Nicat bizə gəlib qardaşımı çağırdı. Çölə çıxıb qardaşımın evdə olmadığını dedim. Biz də Novruzla oyun zalına getməyi planlamışdıq. O, məni çölə çağıranda Nicatın da yanında olduğunu gördüm. Oyun zalına gedəndə o da arxamızca gəlməyə başladı. Nicata bizlə gəlməməsini deyəndə söyüş söyməyə başladı. Sillə və təpik vuraraq onu orada qoyub oyun zalına getdik. Nə mən, nə də Novruz ona qarşı seksual hərəkətlər etməmişik”.

Daha sonra qanuni nümayəndə və psixoloqun iştirakı ilə zərərçəkmiş Nicat Qafarov ifadə verib:

“Onlarla eyni məktəbdə oxuyuruq. Hadisə günü Novruz və Əli məni çay kənarına döyərək aparıblar. Mənə qarşı seksual hərəkətlər etməyə birinci Novruz başladı. Qaçmağa cəhd etsəm də, alınmadı. Hər ikisi növbə ilə məni zorladılar. Heç kimə şər atmıram”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Novruz Nəcəfovu və Əli Vəliyevi cinayət üzrə təqsirli bilib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Novruz Nəcəfov və Əli Vəliyev hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Yaşları az olduğuna görə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkəcəklər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər