Heydər Əliyev Mərkəzinin əməkdaşları "Heydər Əliyev təhsilimizin qurucusudur" adlı elmi-praktik seminar keçiriblər. Sumqayıt24 bu haqda 8 fevral tarixində xəbər verir.
Görüş Sumqayıt şəhər 15 nömrəli məktəbdə təşkil olunub. Mərkəzin əməkdaşı Fatimə Tanrıverdiyeva elmi-praktik seminarın əhəmiyyətindən söz açıb. Ulu öndər Heydər Əliyevin irimiqyaslı layihələrindən, islahatlarından danışıb və çıxışı videomateriallarla müşayiət edilib.
Sonda şagirdlərin sualları cavablandırılıb.