Sumqayıtda tələbənin ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.
Oxu.az-ın məlumatına görə, 19 yaşlı Fuad İsmayılov anasına görə intihar edibmiş. Belə ki, 23 nömrəli məktəbdə ingilis dili müəllimi işləyən anası ilə aralarındakı davadan sonra Fuad özünü binanın 7-ci mərtəbəsindən atıb.
Mərhumun tanışları Sumqayıt24-ə intiharın təfərrüatları ilə bağlı başqa məlumat veriblər. İddiaya görə, Fuad sevdiyi qızdan ayrıldığına görə, canına qəsd edib.