Qida təhlükəsizliyi müfəttişləri Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində monitorinq keçiriblər. Sumqayıt24 bu barədə 10 yanvar tarixində AQTA-ya istinadən xəbər verir.
Yoxlama zamanı şəhərin H.Z.Tağıyev qəsəbəsində yerləşən "2 Qardaş" marketdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, ev şəraitində hazırlanan məhsulların və Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar tapılıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.