Nazirlər Kabineti Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilməsi ilə bağlı həmin günün qeyri-iş günü hesab olunmasına dair açıqlama verib.
Bununla bağlı Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Sumqayıt24-ə məlumat verib:
"20 sentyabr hələlik iş günüdür. Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə MM edir"
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.