Sumqayıtda evdə yanan ahıl yaşlı qadın xəstəxanada ölüb.
Apa.az-ın məlumatına görə, hadisə 3 gün öncə Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
72 yaşlı Solmaz Məcidova ehtiyatsızlıq nəticəsində yanıb. O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq S. Məcidova bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.