Saray qəsəbə 1 nömrəli məktəb hələ də açılmayıb.
Sözügedən təhsil ocağı 3 il öncə əsaslı təmir işləri üçün bağlanıb. Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, uşaqlarına təhsil vermək üçün uzun yol qət edərək Saray qəsəbə 2 saylı və Corat qəsəbəsində yerləşən məktəbə aparıb-gətirməli olurlar.
Redaksiyamızın əldə etdiyi məlumata görə, 1 nömrəli məktəb 2025-ci ilin aprel ayında istifadəyə veriləcək.
Nəzrin Vahid