“Sumqayıt Kompressorları” ASC-nin ümumi yığıncağı olacaq.
Banker.az-ın məlumatına görə, iclas 29 oktyabr saat 10:00-da “ZOOM” proqramı vasitəsilə keçiriləcək. Yığıncağın video qeydiyyatı aparılacaq.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
- Cəmiyyətin idarə heyətinin sədrinin təyin olunması;
- Cəmiyyətin əsas vəsaitlərinin siyahıya alınması;
- Digər məsələlər.
Xatırladaq ki, ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon 121 min 12 manat, qanuni təmsilçisi isə Anar Məmmədovdur.