top
345 min manatlıq vergidən yayınan şirkət rəhbəri məhkəmə zalında həbs edildi
14 yanvar 2026, 19:46
- ↺ +

345 min manatlıq vergidən yayınan şirkət rəhbəri məhkəmə zalında həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada təqsirləndirilən Pənah Tağızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına görə, Sumqayıt Şəhər Məhkəməsinin hökmü apellyasiya protestinə əsasən ləğv edilib, təqsirləndirilən şəxsə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və məhkəmə iclas zalından dərhal həbs olunub. Pənah Tağızadədən 343.896,63 manat məbləğində pul alınaraq dövlət büdcəsinə (mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin hesablaşma hesabına) ödənilməsi qərara alınıb.

İttiham aktına əsasən, Pənah Tağızadə qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girərək Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış bir neçə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) faktiki fəaliyyətinə rəhbərlik edib.

Müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin MMC-lərin nizamnaməsində nəzərdə tutulan funksiyaları faktiki olaraq özü icra edib, maliyyə-təsərrüfat fəaliyyətinin aparılmasına, uçotun təşkilinə və vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozub. O, vergi orqanlarına bəyannamələr təqdim etməməklə vahid niyyətlə külli miqdarda vergi ödəməkdən yayınıb.

İstintaq materiallarına görə, Pənah Tağızadə tanışının adına rəsmiləşdirdiyi MMC-lərdən birini faktiki olaraq özü idarə edib və həmin şirkətin 2018–2019-cu illər üzrə mənfəət və əlavə dəyər vergisi öhdəlikləri üzrə bəyannamələrini təqdim etməyib. Bu dövr ərzində şirkətin yüz minlərlə manat dövriyyəsi olduğu halda, dövlət büdcəsinə ödənilməli olan on minlərlə manat mənfəət vergisi və əlavə dəyər vergisi ödənilməyib.

Bundan əlavə, digər MMC-lərin fəaliyyəti üzrə də oxşar qanun pozuntularına yol verildiyi, müxtəlif illər və aylar üzrə mənfəət və ƏDV bəyannamələrinin vergi orqanına təqdim edilmədiyi, nəticədə dövlət büdcəsinə ödənilməli olan əhəmiyyətli məbləğdə verginin ödənilmədiyi müəyyən olunub. Ayrı-ayrı hallarda vergi öhdəliklərinin cüzi hissəsinin ödənilməsinə baxmayaraq, əsas məbləğin büdcəyə köçürülmədiyi qeyd edilib.

İttiham aktında göstərilir ki, təqsirləndirilən şəxsin bu hərəkətləri nəticəsində dövlət büdcəsinə ümumilikdə 343.896,63 manat məbləğində külli miqdarda vergi ziyanı dəyib. Sözügedən hallar istintaq zamanı toplanmış maliyyə sənədləri, vergi hesablamaları və digər sübutlarla təsdiq olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət verilmişdi.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər