Sumqayıtda dəm qazından boğulma faktı qeydə alınıb. Sumqayıt24 bu barədə 9 dekabr tarixində Apa.az-a isinadən xəbər verir.
Hadisə şəhərin Xəzər bağlarında baş verib. 39 yaşlı Vüsalə Novruzova dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.