top
4 nəfərin ölümünə səbəb olan Elşad Kəlbəliyevin növbəti məhkəməsi başlayıb
13 fevral 2023, 00:56
- ↺ +

4 nəfərin ölümünə səbəb olan Elşad Kəlbəliyevin növbəti məhkəməsi başlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novxanıda törətdiyi qəza ilə 4 nəfərin ölümünə səbəb olan Elşad Kəlbəliyevin  kassasiya şikayəti üzrə məhkəmə başlayıb. Sumqayıt24 bu haqda 13 fevral tarixində Pravda.az-a istinadən xəbər verir.

Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra tərəflər ifadə veriblər.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Cinayət materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixində sərxoş halda “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşub. Nəticədə “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüblər. Eyni zamanda “Daewoo Damas” yararsız vəziyyətə düşüb və maşına 7 000 manat məbləğində maddi ziyan vurulub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E. Kəlbəliyev özünü ittiham üzrə qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, həmin gün dostları ilə Sumqayıt şəhərində oturub yemək yedikdən sonra gecə saat 12:00 radələrində oğlu zəng edərək hərarətinin qalxdığını deyib:

“Oğluma evə yollandığımı bildirdim. Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib, özünü pis hiss etdiyini dedi. Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim. Yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm. Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğumdan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq yolu avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başladılar. Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks-hərəkət yoluna çıxartdım. Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn “Deawoo Damas” markalı maşınla toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də ciddi xəsarətlər aldım. Hadisədən sonra huşsuz vəziyyətdə oldum. Bir müddət özümdə olmadım”.

O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə, içki içən deyil: “Həmin günü də orada içki qəbul etməmişdim”.

Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E. Kəlbəliyevlə barışıblar. Məhkəmənin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E. Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Xatırladaq ki, E. Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Bu gün, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Bu gün, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Bu gün, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Bu gün, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Oxşar xəbərlər