Sumqayıtda yas məclisində ölüm hadisəsi baş verib.
Sumqayıt24 xəbər verir ki, dünən 51 yaşlı qadın "Zəngəzur" xeyir-şər evində təşkil olunan yas məclisində iştirak edən zaman ölüb.
Hadisə yerinə gələn Təcili Tibbi Yardım qadının ürək tutmasından vəfat etdiyini bildirib.