Sumqayıtda təhsil müəssisələrinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb. Əmrə əsasən, Gülbahar Haqverdiyeva 6 nömrəli məktəbin direktor vəzifəsindən azad edilərək 63 nömrəli körpələr evinə rəhbər vəzifəsinə təyin edilib.
Qeyd edək ki, ötən gün "Təfəkkür" liseyinin direktoru Qönçə Səftərova işdən ayrıldığı barədə məlumat vermişdik.