Sumqayıtda marşrut avtobusu nasaz vəziyyətdə xəttə buraxılıb.
Sumqayit24.az xəbər verir ki, söhbət 7 nömrəli sərnişin avtobusundan gedir. Avtobusun qapısını idarə edən hidravlik mexanizmdə nasazlıq yaranıb və nəticədə yağ döşəməyə sızır.
Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, avtobusa minərkən və düşərkən sərnişinlərin paltarları bulaşır. Həmçinin yağın xoşagəlməz qoxusu ətrafa yayılır.
View this post on Instagram